Bizi az qala cümlə xəyanətlərdə, hakimiyyətə satılmaqda suçlayan şurəvilərin fəxri lideri Rüstəm İbrahimbəyov “The New Times” nəşrinə müsahibə verib. Müsahibə deyəndə ki, əslində o, indiki MŞ rəhbərliyini, məxsusən də dostu Cəmil Həsənlini və MŞ-nin de-fakto rəhbəri Əli Kərimlini daha naqolay duruma salıb, onların “Yeni Müsavat” əleyhinə çeynənmiş arqumentlərini bir az da kəsərsiz edib.
Təşəkkür edək və keçək mətləbə.
İki ilə yaxındır Azərbaycandan didərgin düşən hörmətli İbrahimbəyovun müsahibəsində öncə onun 2013-cü il prezident seçkiləri ilə bağlı söylədikləri diqqət çəkir və bütün “i”lərin üzərinə nöqtə qoyur. O hissə belədir: “Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq mən Rusiya vətəndaşı olduğum üçün seçkilərə XOŞBƏXTLİKDƏN (seçdirmə bizimdir – Z.S.) buraxılmadım”.
Azərbaycanda onun tezliklə ölkəyə qayıdıb müxalifət düşərgəsinin başında duracağı, hakimiyyətin namizədinə əsas rəqib olacağı səbirsizliklə gözlənildiyi halda, böyük ümidlər bəslənən Rüstəm İbrahimbəyov sən demə, seçki həvəsində deyilmiş və o üzdən namizədliyinin qeydə alınmamasına sevinirmiş. “Mənə şərt qoymuşdular” ifadəsi də zatən, seçkidə onun könülsüz iştirakının başqa bir təsdiqidir. Necə yəni şərt qoymuşdular? Şərti siz qoymalı deyildiniz ki?..
Buradan bir daha qənaət hasil olur ki, Rüstəm müəllimin Rusiya vətəndaşlığından çıxmaq yönündə “səyləri” də, zamanında yazdığımız kimi, “xala xətrinə” imiş, imitasiya xarakteri daşıyırmış!
Daha nə lazımdır indi sizə? Bundan da səmimi etiraf? Xəyanətin buynuzu-zadı olmur ki. Mübarək Ramazan ayı olduğu üçün bu məqamda Həzrəti Əlidən (ə) qiymətli bir kəlam yerinə düşür: “Sənə güvənəni aldatmaq kafirlikdir”.
Bəs bu yalanın, imitasiyanın motivində nə durub? Əlbəttə ki, MŞ-nin bir Rusiya projesi olması. Həmin proje 2013-cü ilin yayında Valdimir Putinin Bakıya səfərindən sonra Moskva üçün əhəmiyyətini itirmiş, İbrahimbəyova da lüzum qalmamışdı. O, öz missiyasını yerinə yetirmişdi artıq. Hər halda, Kreml başçısı istəsəydi, bir sərəncamla İbrahimbəyovu Rusiya vətəndaşlığından çıxarardı - əgər təbii ki, MŞ-nin ozamankı sədri həqiqətən də buna can atıbsa. Müsahibədən aydın olur ki – can atmayıb.
*****
İndiki şurəvilərin fəxri liderinin müsahibədə ermənilərə sevgi izhar eləməsi, “Biz ermənilərlə düşmən deyilik, erməni xalqı baş verənlərə görə günahlar deyil” deməsi, fəqət, Azərbaycan ərazilərinin 25 ildir erməni işğalı altında olması haqda Qərb jurnalistinə bir kəlmə söyləməməsi və işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyması diqqət çəkən digər üzücü detal, ikinci etirafdır.
Görəsən, bu nonsensi - dostunun düşmən ermənilərə sevgisini Cəmil Həsənli necə izah edir? “Erməni xalqı baş verənlərə görə günahkar deyilsə” onda Xocalıdakı soyqırımı yadplanetlilərmi törədib?! Təbii biz də arzu edərik ki, iki xalq əbədi düşmən qalmasın, barışsın. Ən azından bunu qonşuluğun fəlsəfəsi dikdə edir.
Ancaq əgər bu, erməni köpəkoğlu 25 ildə bir qarış torpağımızı belə qaytarmayıbsa, qaytarmağa qətiyyən hazırlaşmırsa, Xocalı soyqırımına görə zərrəcə utanc hissi keçirmirsə, Şuşanın işğalını “Şuşanın azadlığı günü” kimi bayram edirsə və bu iradənin, həyasızlığın arxasında da məhz erməni xalqı dayanırsa, o zaman birtərəfli dostluq mesajları kimə gərəkdir?
*****
Şurəviərin fəxri sədrinin Krımın Rusiya tərəfindən işğalına haqq qazandırması, bununla da separatçılığa və Qarabağın işğalına dolayısıyla dəstək verməsi isə Azərbaycanın köklü maraqlarına başqa bir zərbədir, xəyanətkar bir mövqedir.
Necə yəni, “Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır”. Bəs beynəlxalq hüquq, birgə yaşayış normaları, BMT Nizamnaməsi, Avropa təhlükəsizlik sistemi necə olsun? İndi hansı dövlət güclüdürsə, zəif qonşunun ərazisini zəbt eləməlidir? Hansı əsrdə yaşayırıq? Elə erməni də eyni şeyi etməyibmi?..
Ona qalsa, Krım nə Ukraynanın, nə də Rusiyanındır, əzəli türk torpağıdır, çünki cəmi iki əsr öncə Türkiyədən qoparılıb. MŞ fəxri sədrinin yaxın tarixdən xəbəri heç yoxmu? Bəs, Krımın ilhaqı ilə təzədən repressiyalarla üzləşən Krım türklərinin vəziyyətindən, Mustafa Cəmiloğlunun öz doğma yurduna buraxılmamasından, oğlunun Rusiyada girov saxlanmasından necə, o xəbərdardımı?
Yeri gəlmişkən, Krım məsələsində İbrahimbəyovun mövqeyini dünyada cəmi 11 izqoy ölkə dəstəkləyib ki, onlardan biri də onun dost saydığı Ermənistandır.
22.06.2015, 15:37
581 baxış
Zahid Səfəroğlu
Xəyanət belə olar!