Bu günlər Müsavatla bağlı iki ilginc hadisə Azərbaycana Cümhuriyyət bəxş eləmiş qos-qoca partiyanın adını yenidən gündəmə gətirib. Biri böyük öndər, nurlu insan Məmməd Əmin Rəsulzadənin Gəncədəki büstü ilə bağlı yaranan qalmaqal, digəri isə Müsavat adından istifadə edib Avropada mühacir statusu alanlarla bağlı qopmuş hay-küydür.
Başa düşürük, Rəsulzadənin daşı həmişə ağır olub. Ancaq diqqət edin, məsələni gündəmə müsavatçı yox, VHP sədri, tanınmış millət vəkili Sabir Rüstəmxanlı gətirib. Gəncənin hazırkı rəhbərliyinin vandalist hərəkətinə sərt reaksiyalar da partiya mənsubiyyətindən asılı olmayaraq, ziyalı kəsimdən, ictimaiyyət nümayəndələrindən gəlib.
Həmçinin, ölkənin əsas siyasi palitrasının məsələdə mövqeyi həmişəki kimi, eyni olub: Cümhuriyyət qurucusu Məmməd Əmin Rəsulzadə, Cümhuriyyət atributları toxunulmazdır, onlara qarşı həqarətlər yolverilməzdir, yersizdir!
Sözü ona gətiririk ki, Rəsulzadə sevgisi çoxdan partiya çərçivəsindən çıxıb. Bəlkə baş səbəb məhz elə burada axtarılsın? Rəsulzadəyə hörmətsizlik onun qaldırdığı üçrəngli bayrağımıza, gənc dövlətimizə hörmətsizlikdir, həqarətdi. Bunu anlamaq çoxmu çətin?..
*****
İkinci məsələyə - Müsavat adının qanunsuz mühacirlərlə hallanmasına gəlincə, bu da natəmiz insanların partiyaya, onun şanlı tarixinə, müsavatçılığa ikrah və qısqanc münasibətdən doğan çirkin əməlləridir; seçki ilində bədniyyətlilərin qurduğu və yüzdə yüz uğursuzluğa düçar olacaq qara PR kampaniyasının tərkib hissəsidir.
Məlum. Son qurultaydan və başqan dəyişikliyindən sonra Müsavat daxilində və ətrafında ağır, xoşagəlməz proseslər baş qaldırıb. Ancaq fakt həm də budur ki, Müsavat həmin qurultayda YAP daxil, heç bir partiyanın cürət eləmədiyi demokratik bir ilkə imza atıb. Bunun ardınca oradan olan qopmalar bəlkə də ayrı söhbətin mövzusudur, ancaq ikinci dərəcəli məslədir və əsla Müsavatı qaralamağa, onu antidemokratik, hətta “despotik” təşkilat kimi qələmə verməyə tutarqa vermir.
İndi də qanunsuz mühacirət söhbəti ortaya atılıb. Ölmədik, bu günü də gördük. Sən demə, Müsavat, onun rəhbərliyi korrupsiyaya qurşanıbmış. Müsavat çirkli işlərlə məşğul olsaydı, yerli və xarici güclərlə siyasi bazarlıqlara getsəydi, daha müxalifətdə nə işi vardı? Elə vaxtında, qat-qat sanballı siyasi dividentlərin qarşılığında hakimiyyətlə bazarlaşar, özünün onlarla həqiqi və dürüst müsavatçısı da bu gün Avropaya sığınmaq zorunda qalmazdı...
Heç kim çörəyi qulağına yemir, suyu da kimsə burnuna içməz. Müsavat Allah eləməmiş, korrupsiyaya qurşansaydı, o zaman müstəqil Azərbaycanda qatıldığı bütün seçkiləri uda bilərdimi? Xalq ona səs verərdimi? Nəhayət, bu gün ən çox siyasi məhbusu olan, birdən-birə üç müavini (!!) zindanda yatan yeganə təşkilat olardımı?
Bu nağıllara kim inanar? Üstəlik, söhbət İsa Qəmbər kimi saf, əqidəsi möhkəm və bütün siyasi sınaqlarından alnı-açıq çıxmış bir insanın başqan olduğu dövrdən gedirsə?! Əlbəttə ki, iftiradır. Buna partiya rəhbərliyinin, başqan müavini Gülağa Aslanın məsələ ilə bağlı verdikləri reaksiyalar, bəyanatlar, açıqlamalar şübhə yeri saxlamır. İsa Qəmbərin bu xüsusda fikirləri isə məsələyə faktiki, nöqtə qoyur...
*****
Haqqında danışdığımız hər iki hadisə konkret münasibətin göstəricisidir təbii ki. Müsavata, M.Ə.Rəsulzadəyə, onun qiymətsiz irsini səmimi qəlbdən və təmənnasız daşıyan, əyilməyən, sınmayan insanlara münasibətin göstəricisidir. Biri ölkə məmuriyyəti və bu məmuriyyətin arxasındakı siyasi gücün, digəri də Müsavat adına ləkə yaxmaq istəyən, bu müqəddəs addan istifadə edib, cəfa çəkmədən Avropada səfa görmək istəyənlərdir. Yazıqlar və ayıb olsun!..
Söz yox ki, günün birində Müsavatda nə İsa Qəmbər olacaq, nə Arif Hacılı, nə də indiki üzvlər. YAP, bir çox digər partiyalar da meydanda artıq olmayacaq. Amma Müsavat, Rəsulzadə brendi həmişə olub və bu xalq durduqca da həmişə olacaq! Çünki Müsavat, Rəsulzadə - dəyərdir, özü də xalqın və tarixin testindən uğurla keçmiş bir dəyər, milli sərvət. Sərvət, dəyər isə ləkə götürməz. Özünüzü yormayın.
Bir də Rəsulzadə zirvəsinə daş atmayın. Göy üzü daş saxlamır.
05.06.2015, 18:01
457 baxış
Zahid Səfəroğlu
Müsavat ləkə götürməz!