Medianews.az
24 aprel şousunun cavabı – salyut!
471 baxış

24 aprel şousunun cavabı – salyut!

zahid yeni razmer Ermənilərin ümummilli “yubiley” ağlaşmasına üç həftə qaldı. Ancaq artıq indidən demək olar ki, bu “yubiley”lə bağlı “əzabkeş xalq”ın gözləntiləri özünü doğrulmayıb. Diqqət edin, erməni lobbisinin canfəşanlığına rəğmən, “yubiley” ilində, son aylarda hər hansı yeni dövlət qondarma soyqırımı rəsmən tanımayıb. Ümumiyyətlə, bu əcaib proses xeyli müddətdir ki, dayanıb. Böyük ehtimalla, ABŞ Konqresi də aprelin 24-ü üçün ermənilərin itizarda olduqları qətnaməni qəbul etməyəcək. Həmçinin, 24 aprellə bağlı İrəvanda planlaşdırılan böyük mələşmə törəni, belə görünür, qonşuların ürəyi istəyən səviyyədə olmayacaq. Rusiya və Fransa prezidentləri istisna olmaqla – onların hansı səbəbə mərasimə qatılacaqları bəllidir – yerdə qalan ciddi dövlətlərin heç birinin, o cümlədən ABŞ-ın, İngiltərənin, Kanadanın, Çinin, Almaniyanın, İtaliyanın, İsrailin liderləri, Vatikanın başçısı (Roma Papası) İrəvan şousunda təmsil olunmayacaqlar. “Əzabkeşlərin” bəxti bu dəfə heç gətirməyib. Çünki indi dünyada vəziyyət ermənicə yox, ruscadır. Kimdi bu dəqiqə erməni dərdi hərləyən – o da ola saxta bir dərd, uydurma və zəhlətökən bir iddia... Amma nə edəsən ki, Allahın bizə qonşu saldığı bu sırtıq millətin mənsubları hər yerdə, hamının əl-ayağına dolaşır, baş-beyin aparır, böyük güclər arasında zaman-zaman satılır-alınır, sonra da bunun altını çəkəndə onu özü üçün milli faciəyə, anım tarixinə çevirib dünyadan ədalət umurlar. Nə edəsən ki, 100 ildir dünyadan “soyqırımın” tanınmasını tələb edə-edə özləri Xocalı soyqırımına imza atırlar, özləri işğalçı ola-ola Türkiyənin cəzalandırılmasını tələb edirlər; yaxud bundan sonra ən azı, 50 illiyə rusun qoltuğunu sığındıqları halda, həmin rusun savaş açdığı Qərbdən saxta məsələyə dəstək istəyirlər. Bu yerdə sual yaranır: Ukrayna böhranı ilə bağlı lap əvvəldən Kremlin yanında, Qərb əleyhinə qərar tutan, Krımın işğalını rəsmən dəstəkləyən, BMT-də Rusiya və daha 9 izqoy dövlətlə birgə Ukraynanın ərazi bütünlüyü əleyhinə səs verib, birmənalı şəkildə anti-Qərb mövqeyi sərgiləyən cırtdan ölkə hansı üzlə demokratik dünyadan öz halına şərik olmasını umur?! Sual ritorikdir təbii ki. Üz olsaydı, erməni olmazdılar ki. Bunu da yalnız ermənilər car çəkə bilər ki, öz qonşusunun ərazisinin 20%-ni işğalda saxlaya-saxlaya, Azərbaycan və Türkiyənin onları blokadada saxladığını bəyan eləsinlər... Odur ki, qardaş Türkiyənin Çanaqqala zəfərinin ildönümü ilə bağlı təntənələri məhz aprelin 24-ə təyin eləməsi tam yerindədir, məntiqlidir və təbii ki, hər hansı antihumanist addımdan söhbət gedə bilməz. Bununla Türkiyə, Azərbaycan, ümumən beynəlxalq birliyin mühüm parçası kimi türk dünyası “erməni “genosid”inin saxtalığını və qeyri-ciddiliyini, erməni saxtakarlığını əyani şəkildə nümayiş etdirəcək. Eyni zamanda erməni diasporunun felinə və təbliğatına uyub əsassız iddianı rəsmiləşdirmiş ölkələrə açıq etiraz bildirilmiş olacaq. Deputat Fazil Mustafanın təklifləri də yerindədir və onları ikiəlli dəstəkləyirik. Söhbət Çanaqqala yubileyini qardaş ölkə ilə həmrəylik jesti kimi Azərbaycanda da təntənəli şəkildə qutlamaq təşəbbüsündən gedir. Fazil bəy bunu ən əvvəl yüzlərlə azərbaycanlının Çanaqqala döyüşlərində şəhid olması və Xocalı soyqırımının hər il Türkiyədə geniş miqyasda qeyd edilməsi ilə əsaslandırıb. Eyni zamanda o, 24 aprel ərəfəsi Türkiyə və Azərbaycan ordularının birgə hücum təlimlərini təşkil eləməyi, həmin gün Bakıda salyut keçirməyi təklif edib. Doğru, iyi. Qoy ermənilər orda yubiley şousu göstərsinlər, biz də burada salyut. Şounun cavabı yalnız salyut, atəşfəşanlıq ola bilər!

Bizə qoşulun