Belə anlaşılır ki, manatın 35 faiz civarında dəyər itirməsi ölkənin varlıq təbəqəsinə - inhisarçılara, oliqarxlara, əllərində böyük maliyyə, daşınmaz əmlak resursları olanlara elə də təsir göstərməyib.
İtirməyə heç nəyi olmayan kasıb təbəqə də çox ziyana düşməyib, eləcə sonuncu çörək pulunu və ümidlərini itirməkdədir.
Nə olubsa, orta təbəqəyə olub. Onlar sürətlə kasıblaşmaqda, iş, qazanc yerlərini itirməkdədir.
Bu ölkədə orta təbəqə uzun illərdən sonra formalaşmışdı. Bu təbəqənin əsas fiqurantları xidmət, ticarət, iaşə və aqrar sahələrdə fəaliyyət göstərirlər.
Əməkdaşlarımızın orta təbəqənin insanlarının son durumuna dair hazırladıqları reportaj-müsahibələr göstərir ki, qlobal böhran ən çox onlara ziyan edib.
Onlar işlərinin iki ay əvvəlki kimi getməməsindən, qazanclarının xeyli azalmasından, kəsilməsindən, perspektiv görmədiklərindən gileylənirlər.
Əksəriyyət yaranmış durumu az qala alın yazısı, qismət kimi qəbul edir, düşünürlər ki, bu vəziyyət dünyada gedən proseslərlə, əsasən də Yaxın Şərqdə və Şərqi Avropada (Ukrayna-Rusiya arasında) gedən müharibəylə, neftin qiymətinin düşməsiylə əlaqədardır.
Bununla belə, bir çox orta kalibrli sahibkarlar ölkədə yaranmış və şiddətlənməkdə olan iqtisadi böhranda məmur təbəqəsinin önəmli rolu olduğunu bilir və üzdə, mətbuatda olmasa da, bəzi yerlərdə deyirlər.
Onların fikrincə, yavaş-yavaş ölkəni sarmaqda olan bahalığın qarşısını inzibati yollarla almaq mümkün deyil. Heç kəs maya dəyəri, tutaq ki, 10 manata olan əmtəəni 9 manata satmayacaq. Bunu edənlər varsa da, birdəfəlik müflis edilməyin qorxusundan edirlər və bu, uzun müddət davam edə bilməz.
Tanış bir sahibkar deyir ki, vergi və gömrük əməkdaşları öz xəraclarını böhran dövründə nəinki azaltmayıblar, hətta bir az da artırıblar. Xüsusilə də gömrük işçiləri ölkəyə daxil olan malların üstünə dövlət rüsumundan və ənənəvi rüşvətdən əlavə xəraclar da yükləyiblər, nəticədə ölkəyə daxil olan malların maya dəyəri xeyli yüksəlir. Bunun qarşılığında elə “toxunulmaz oliqarxlar” var ki, onlar ölkəyə gətirdikləri mallara görə rüşvət və digər xəraclar ödəmirlər, nəticədə onların əmtəəsinin maya dəyəri aşağı olur, bazara daha ucuz qiymətə çıxarır, çox satır, çox da qazanc əldə edirlər.
Sahibkarların dediyinə görə, onlar bu ədalətsiz rəqabətə tab gətirə bilmirlər və iflasları qaçılmazdır.
Uzun sözün qısası budur: məmur zümrəsinin tamahkarlığı ölkə iqtisadiyyatının bel sütunu olan orta təbəqəni məhv etməkdədir. Onlar özləri vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda zəhmətsiz gəlir əldə edirlər.
Bürokratiyanın iqtisadi təşəbbüsləri boğduğu, inhisarçılığın şiddətləndiyi, korrupsiya və proteksionizmin (məmur himayədarlığı) tüğyan etdiyi ölkədə artıq heç nə yaxşılığa doğru deyil.
İnsanlar çıxılmaz durumdadır. 15-20, hətta 10 il əvvəl belə bir durum yaranan kimi ölkə xaricində baş çıxaracağına əmin olan, müəyyən əlaqələrə malik insanlar dərhal başlarını götürüb gedir, bizneslərini başqa ölkələrə transfer edirdilər.
İndi getməyə yer də yoxdur. Dünyadan təcrid olunmuş Rusiya iqtisadiyyatı yavaş-yavaş bataqlığa gömülməkdədir, Ukrayna müharibə fəlakətinə düçar olub, Belorusiya və Qazaxıstan da artıq cəlbedici deyil, orta sahibkar hara getsin, hara sığınsın?
Bu cür davam etsə ölkədə daha böyük iqtisadi böhran yaranacaq və bu, təkcə iqtisadi sfera ilə məhdudlaşmayacaq, digər sahələrə də sirayət edəcək.
Rüşvətxor parazitlər kontingentinin tamahı cilovlanmalıdır. Məmləkət əhli onların varlanması, harınlıq etməsi üçün işləmir, yaşamır.
25.03.2015, 08:56
429 baxış
Xalid Kazımlı
Orta sahibkar nə etsin, hara getsin?