Medianews.az
Prezidentə sui-qəsd OLUNDU:
122 baxış

Prezidentə sui-qəsd OLUNDU: Bu ölkədə...

Kosta Rikanın Kəşfiyyat və Təhlükəsizlik İdarəsi fevralın əvvəlində keçiriləcək prezident seçkilərindən bir neçə gün əvvəl prezident Rodriqo Çavesə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

Ajans.az xəbər verir ki, sui-qəsdi təşkil edən şəxs bunun üçün ən azı iki digər şəxslə əlaqə saxlayıb. Hazırda istintaq aparılır və şübhəli özünü günahsız hesab edir.

Kosta Rikada prezident seçkiləri 1 fevrala təyin olunub, zəruri hallarda isə ikinci tur 5 apreldə keçiriləcək. Rodriqo Çavesin səlahiyyət müddəti isə 8 mayda başa çatacaq.

Bizə qoşulun