Medianews.az
Virtual fahişəxanada süni qiymət artımı
544 baxış

Virtual fahişəxanada süni qiymət artımı

img1698798 Bu günlərdə cinsəl həyat sferasına aid iki maraqlı xəbər yayılıb. Onlardan biri Avropaya aiddir, o biri öz ölkəmizə. Bir az paradoksal xəbərlərdir. “Niyə Avropada elədir, amma bizdə başqa cürdür” ritorikasını sevən adamlar üçün bundan yaxşı, türkün sözü, malzəmə ola bilməz. Birinci xəbər Almaniyadan gəlib. Belə yazırlar ki, Münhen şəhərinin həndəvərində yerləşən Saygertsbrun adlı şəhərdə yaşayan, işləyən bir protestant rahib mühacirlərə pulsuz olaraq fahişə verilməsini tövsiyə edib. Din xadiminin adı da var: Ulrix Vaqner. Soyadıyla məşhur bəstəkarı andıran kilsə xadimi əmindir ki, əslində çox savab təşəbbüslə çıxış edir. O deyib ki, immiqrantların yemə-içmə kimi cinsi münasibətə də ehtiyacları var. Özü də bu fikir Vaqnerin başına elə-belə, durduğu yerdə gəlməyib. Özü bu barədə qəzetlərə belə deyib: “Bu fikir beynimə bir dostumun yaşadığı kəndin camaatının mühacirlərin qadınlara sataşmalarından qorxduğunu deyəndən sonra gəldi”. Demək, Vaqnerin dostugilin yaşadığı kənddə Şərq ölkələrindən gələn bir sürü yanıq mühacir yaşayır, cinsi planda iztirab çəkdiklərindən küçədə-bayırda xalxın qız-gəlininə sataşırlar, fikirləşirlər ki, bura Avropadır, burda man deyil, azad şəkildə qabağına çıxan dişilərə cürbəcür təkliflər edə bilərsən. Belə gönüqalınlığa vərdiş eləməyən alman fraular geridəqalmış ölkələrin qabağagetmiş erkəklərinə, el dilində desək, “otval” verəndən sonra, təbii ki, bir çox hallarda zorakılığa əl atılması labüddür. Axı, Vaqner demişkən, adamın yeməyə, içməyə ehtiyacı olduğu kimi, “dil bilən, söz anlayan bir nazlı yar”a da ehtiyacı var, amma qəddar fraular mırr eləyib yaxın gəlmirlər. Deməli, necə olmalıdır? Adə, bunun qabağını kəs, görümE Ona görə də keşiş bu problemin həlli yolunu belə görür ki, öz uçuq-sökük daxmalarından, palçıqlı küçələrindən, aramsız müharibələrdən başını götürüb abad və firavan Almaniya qəsəbələrinə pənah gətirmiş, canından qorxu hissi çıxdığına, qarnı doyduğuna görə qızmış meymuna dönmüş erkək mühacirlərə pulsuz fahişə xidməti göstərilsin ki, bunlar da sönüküb camaatın anasına, bacısına sataşmasınlar. Orası Avropadır, bu yaxınlarda olmasa da, əvvəl-axır keşiş Vaqnerin təşəbbüsünü dəstəkləyəcəklər və mühacirlərin də canı dincələcək, zorakılığa məruz qalan qadınların da. Hələlik mühacirlərə pulsuz xidmət göstərəcək qadınların haqqının kim tərəfindən ödəniləcəyi, layihənin necə maliyyələşdiriləcəyi məsələsi açıq qalır. Sponsorlar tapılsa, bu, elə də həyata keçirilməsi mümkün olmayan proje deyil. Cinsi həyatın yüngülləşdirilməsinə dair ikinci xəbər isə öz ölkəmizdən qaynaqlanır. Saytlar yazırlar ki, eskort xidmətlər təklif edən sayt yaradılıb. Saytda bir xeyli “dilbər”in lüt-madərzad şəkli də verilib, müvafiq mətn də yerləşdirilib. Şəkillərin dünyaca ünlü fahişələrə məxsus olması heç, amma mətndə deyilir ki, bu incə xanımlar zərif kişilərlə bir arada beynəlxalq vəziyyəti müzakirə edə bilərlər. Əlbəttə ki, həmin “zərif kişilər”in qəlbləri nazik olsa da, cibləri dolu, pul kisələri qalın olmalıdır. Çünki intim xidmət ucuz deyil - 300-1000 manat arası. Manatın devalvasiyaya uğradığı, inflyasiyanın qapıya dirəndiyi bir vaxtda bəlkə də “incə xanım”ların göstərdiyi intim xidmətin qiyməti çox baha deyil, amma Almaniyanı, keşiş Vaqnerin təşəbbüsünü yada salanda, görürsən ki, yox, bu işdə də süni qiymət artımı var. Hara baxır Antiihhisar Komitəsi? Virtual fahişəxana açanlar heç olmasa ölkəmizə gəlmiş mühacirləri nəzərə alsaydılar, onlar üçün endirim təşkil etsəydilər, yenə məsələni birtəhər ali humanizm prinsiplərinə-zada bağlaya bilərdilər. Amma zalım uşağı istəyir ki, bir gecədə varlansılar. Bu yazının klaviaturaya alındığı vaxtlarda xəbər gəldi ki, polis hərəkətə keçib və eskort xidmətlər təklif edən saytı işlədənlərə dair təhqiqata başlayıb. Ardınca həmin sayt da aktivliyini itirdi, heç əvvəlcədən yoxmuş kimi, məchullara qarışdı. Deyəsən, mətbuat mərdimazarlıq elədi. Bir xeyli adam yaxşı pul qazana bilmədi, bir xeyli kişinin də pulu əlində qaldı.

Bizə qoşulun