Hər gün bir neçə bıçaqlanma xəbəri gəlməsə, sanki ölkədəki krimonegen durumun şanına kəsir gələr. Mütləq bu cür xəbərlər gəlməlidir. Ölkənin bütün rayonlarının dəli-dolu, cibibıçaqlı adamları dinc dursa da, Gəncə və Xaçmaz bizi müvafiq xəbərsiz qoymaz.
Hazırda məndə elə bir qənaət var ki, bu iki şəhərdə yaşayan gənclər səhər evdən çıxanda mütləq üstlərində iki əşyanın olub-olmamasını yoxlayırlar: mobil telefon və bıçaq. Bəlkə də onların birini evdə unudanlar yarıyoldan qayıdıb götürürlər ki, ayıbdır, nə olar, nə olmaz.
Düzdür, onların heç də hamısı hər gün kiminləsə bıçaqlaşmırlar, amma kəsici-deşici hacətləri həmişə üstlərində olmalıdır. Bu gənclər elə bil hər gün döyüşə, düşmən önünə gedirlər.
Hələ söhbət keçmiş qayınanasını, keçmiş arvadını bıçaqlayanlardan getmir. Bunlar başqa kateqoriyadır. Son vaxtlar belələri xüsusilə də artıb. Kişilər boşadıqları arvadların da qeyrətini çəkirlər və vaxtaşırı bıçağa əl atırlar. Bu, heç.
Söhbət sovet dövründə dəb olan ifadə ilə desək, bığ yeri təzəcə tərləyən yeniyetmə və gənclərin kriminal aləmə meyllənməsindən, cinayət törətməyə hər an hazır olmalarından və türməyə düşməkdən qorxmamalarından gedir.
Düzü, bizim vaxtımızın gəncləri tutulmaqdan, həbsə düşməkdən çox qorxardılar, hesab edərdilər ki, adam heç nə üstündə ilişər, tutular, bütün həyatı, gələcəyi, karyerası məhv olar.
İndiki gənclər fərqli düşünür, qorxmurlar, hətta çoxu hesab edir ki, onun gələcəyi türmədə yatıb-çıxandan sonra olacaq. Minlərlə gənc öz karyerasını kriminal aləmdə qurmaq, avtoritet, “vor-zakon” olmaq istəyir.
Cibdə bıçaq gəzdirmək, ən adi söz üstündə kimisə bıçaqlayıb, polis, müstəntiq, hakim önündə dik dayanaraq, “yaxşı elədim, vurdum, peşman deyiləm” deməyin əsas səbəbi də budur. Elə bilirlər, məhbəsə girən kimi bunları “koronavat” edəcəklər, qulluq göstərəcəklər, bunlar da avtoritet olub “polojeniya”ya baxacaqlar.
Rusiyanı Arxangelskdən Xabarovska qədər gəzmiş, fərasətli, savadlı, kriminal aləmin qayda-qanunlara bələdliyi olan bir virtual dostum var, o gün sosial şəbəkədə yazdığım uyğun qeydlərə dair 5 səsli mesaj göndərib. Yeni niki Bulud olan qardaş danışır ki, özlərinə “Avtoritet”, “Vor-zakon” təxəllüsü götürüb kriminal aləmə meyl edən yeniyetmə və gənclərin ağzı hələ isti yerdədir, belələrinin 99 faizi ilkin ibtidai istintaq zamanı, yedikləri ilk iki şillədən sonra sınır, hətta çilik-çilik olurlar, dostlarının üzünə durur, adlarını bildikləri hamını satır, etmədikləri cinayətləri də boyunlarına götürürlər və içəri düşəndən sonra satqınlıqlarına görə günləri qara olur, əl-ayaq işlərinə buyrulurlar, sona qədər də “şestyorka”lıq edirlər.
Bəs bu gənclər niyə hələ müstəqil həyata atılmamışdan, həyatın heç bir çətinliyini görməmişdən ən sərt rejimli aləmə meyllənirlər? Qardaşın bu barədə də öz versiyası var: “Bir xeylisi “Kurtlar vadisi” kimi kriminal aləmdən bəhs edən serial və filmlərin təsiri altına düşür, çoxu usə “yatıb-çıxmış çurbanlar”ın gəlib məhəllədə, tində, çayçıda etdikləri “blatnoy” söhbətlərə uyurlar. Bizdə də içəridən çıxanın hamısı “avtortet”dir axı, “kişi kimi oturublar”, “vurub-tutublar”, bağ belə, bostan belə, basıb bağlayırlar, uşaqlar da düşünür ki, həyat bu tərəfdədir. Amma qulaqlarının dibinə bir babat şillə dəyəndə bütün frekansları pozulur, it kimi peşman olurlar, amma artıq gecdir, “şestyorka”lıq eləməlidirlər”.
Yəni onun sözlərindən aydınlaşır ki, azad həyatda 3-5 adama, tay-tuşlarına liderlik edə bilməyənlərin sərt şərtlər çərçivəsində, xüsusi rejimlərdə “blatnoyluq” etmək ehtimalı sıfıra bərabərdir.
Elə bu günlərdə internet resurslarında yayılmış bir videoda bir məşhur kriminal avtoritetin necə döyüldüyünü, “sındırıldığı”nı göstərən video yayılıb. O boyda “vor-zakon”a o qədər “qələt eləmişəm, p.. yemişəm” dedirdirlər ki, adamın yazığı gəlir. İndi də xəbər gəlib ki, həmin “vor zakon”ları döyən “vor zakon”ları da başqa “vor zakon”lar döyüb. Qırğın gedir. Allah kəssin türmə lazaretində keçən “vor-zakon”luğu...
Bir sözlə, gənclər ağıllı olsunlar, bıçaqlarını evə qoysunlar, hər dəqiqə də dalaşıb, nəsə çırpışdırıb “oğru” kimi məhbəsə düşməyə çalışmasınlar, orda onları xoş günlər gözləmir. Bunu elə-belə oğlan demir ha, Xabarovskdan Arxangelskə qədər gəzmiş biri deyir.
06.12.2014, 10:31
1,110 baxış
Samir Sarı
Türmə karyerası və iki şilləyə bülbülə dönənlər