Medianews.az
“Gövdəsinə baxma, içi boşdur”
478 baxış

“Gövdəsinə baxma, içi boşdur”

samir sari kose 1
Son faciəvi, qanlı-qadalı, kədərli günlərdə bəzi saytlarda, sosial şəbəkədə bir erməni döyüşçüsünün öz “şücaəti” barədə yaydığı hekayət dolaşırdı. Guya ki, əliyalın erməni “dişinə qədər silahlanmış” (belə yazırdılar) azərbaycanlı diversantları (6-7 nəfər) qorxudub, çığır-bağır salıb, müqavimət göstərib, onlar da qaçıblar.
Gop da olsa, ermənilər “igid döyüşçü” ilə qürur duya bilərdilər. Hərçənd o hekayətdə bir detal vardı, işləri korlayırdı. “Cəsur ürək” döyüşçü deyirdi ki, azərbaycanlı döyüşçü bunun qulağının dibinə bir dənə qoyub, çənəsini sındırırb, qolunu yaralayıb, sonra qaçıb.
İndi həmin əsgər nə dərəcədə gopa basdığını bir özü, bir Astvası bilir, amma güman var ki, belə bir hadisə olubsa da, kəşfiyyatçılarımız onu yerə sərəndən sonra ölmüş bilib, gediblər. Yoxsa 6 döyüşçünün əlində bir əsgəri xurd-xəşil eləmək 5 saniyədən artıq vaxt aparmazdı.
Qarabağ mahalının adamları yaxşı bilir, ermənilərlə azərbaycanlıların istənilən təkbətək yarışmasında (güləş, boks, cüdo, əlbəyaxa dava və s.) yüzdə doxsan halda qələbəni həmişə bizimkilər qazanıb. Başqa variant olmayıb. Baxardın ki, pəhləvan kimi enlikürək bir erməni çıxdı meydana, deyərdin, pahooo, bu bizimkinə qalib gələcək, amma yarış başlayan kimi, dığa belini qoyurdu yerə. Ona görə də biz tərəflərdə o cür cüssəli adam görəndə deyərdilər, “gövdəsinə baxma, içi boşdur”.
İndi sizə 1987-ci ildə baş verən bir əhvalatı nəql edəcəm. Bunu mənə hadisə iştirakçılarının üçü bir yerdə, bir-birinin sözünə düzəliş edə-edə, boşluqları doldura-doldura və baməzə şəkildə danşıblar.
O vaxt qonşu Hadrut rayonunda üzüm tənəkləri kəsilən vaxt bizim kənddən bir neçə maşın gedir üzüm dirəkləri gətirməyə. Gəlib erməni kəndinə çatırlar, dükanın qabağında anbardarı, briqadiri gözləyirlər ki, təhvil-təslim eləsinlər. QAZ-52 markalı yük maşını sürən və özü də Koroğlu boyda olan “Uzun Qulu” ləqəbli kəndçimiz görür ki, bir gənc erməni təşər-təşər yeriyərək gəldi onların yanına və dükanın qabağındakı ermənilər nəsə onunla hörmətlə davrandılar. Qulu dayı soruşur ki, bu kimdi belə. Ermənilər cavab verirlər ki, o, idman ustasıdır, güləşçidir, Moskvada yaşayır, kəndimizin fəxridir. Qulu dayı gədənin cüssəsinə baxır, deyir, hə, demək, pəhləvandır, amma bizim də bir pəhləvanımız var. Bunu deyəndən sonra o, dirək yükləmək üçün fəhlə qismində erməni kəndinə ezam edilmiş Pəhlivanı çağırır, deyir, bax, bu, güləşçidir, pəhləvandır, sən bununla güləşə bilərsənmi. Axırıncı dəfə orta məktəbdə oxuyarkən tay-tuşları ilə güləşmiş, 7-8 il paytaxta qaynaqçı işləyəndən sonra kəndə qayıtmış Pəhlivan özünü sındırmır, deyir, güləşərəm, canını da alaram. Qulu dayı yavaşca deyir, gövdəsinə baxma, içi boşdur. Erməni güləşçi də Pəhlivanın sısqa çiyinlərinə baxır, ürəklənir, deyir, gəlsin. Güləşçilər hazır olurlar, arbitr funksiyasını öz üzərinə götürmüş Qulu dayı “başla” əmri verən kimi Pəhlivan çevik bir hərəkətlə erməni gəncin ayağına girir və qaldırıb çırpır yerə. Nə qədər olmasa da, tatamilər görmüş güləşçi 4-5 saniyədən sonra özünə gəlir, vəziyyətdən çıxmağa çalışır, istəyir kürəyi yerə dəyməsin.
 Amma bir az da Qulu dayının köməyi ilə Pəhlivan güləşçinin kürəyini vurur yerə, qalxır ayağa. Erməni güləşçi də, onun kəndçiləri də etiraz edirlər, “düz olmadı, təzədən güləşməlidirlər” deyirlər. Qulu dayı deyir, yox, oldu-bitdi, hər şey qırağa, sizin gədə güləşəndə qaz buraxdı, bu da idmançıya yaraşan hərəkət deyildi. Erməni güləşçi cin atına minir, and-aman eləyir ki, qaz buraxmayıb, o qədər hirslənir ki, ağlamsınır, revanş tələb edir, sağdan, soldan cumur ki, Pəhlivanı vursun, yıxsın. Qulu dayı da hirslənir, çox fəallıq edənlərə deyir: “Həzrət Abbas haqqı, bu saat ikinizə bir şillə qoyajam, biriniz burda öləjək, o biriniz də Hadrut balnisasında, güləşçiniz yıxıldı, oyun da bitdi”. Ermənilər Qulu dayının qar kürəkeşinə oxşayan əllərinə baxır və anlayırlar ki, o dediyi kimi edə bilər, sakitləşirlər.
Dediyim odur ki, heç kəs ermənini, onların döyüşçülərini gözündə böyütməsin. Təkbətəkə qalsa, Qarabağ müharibəsinin 6 günlük ömrü var, çünki işləri boşdur. Arxalarında duran olmasa...

Bizə qoşulun