Yaxın illərin söhbətidir. Bir nəşəxor oturub televiziyada xəbərlərə baxırmış. Şəkidə polislərin çətənə kollarını qopardıb üst-üstə qalaqlamasını göstərirmişlər. Rəis müavini kamera qarşısında danışırmış: “3754 ədəd yabanı halda bitən çətənə kolu tərəfimizdən aşkar edilərək zərərsizlədirilmişdir. Gördüyünüz kimi, yandırılaraq məhv edilməkdədir”.
Bu zaman rəis müavininin arxa tərəfində polislərin qalaqladığı yaşıl kolların üstünə benzin çilənir və od vurulur. Nəşəxor bu yerdə dözə bilmir, həyəcanlanır: “Adə, bunlar neynir, adə? Gül kimi halal neməti nöş yandırırlar?”
Onu başa salırlar ki, bu yandırılan kollar o “nemət”in bir hissəsidir, çox hissəsi emal olunub bazara gələcək, narahat olmasın. Çünki o təkcə “nemət” deyil, həm də sərvətdir.
Oxumuş adamlar deyir ki, narkotik maddələrdə olan pul heç bir yeraltı, yerüstü sərvətdə yoxdur. Məsələn, deyirlər, bir var, 1 milyon 200 min barel neft çıxardasan, barrelini 100 dollardan satasan, 120 milyon qazanasan, bir də var, 3 ton maye heroin qayırıb kanistrlərdə yük maşınına yükləyib xaricə satasan, o qədər pul qazanasan, hansı yaxşıdır?
Əlbəttə, vəzndə yüngül, qiymətdə ağır materiallar ta qədimlərdən üstün sayılıb. Yeri gəlsə 3 ton heroini bir “QAZel”-ə yükləyib aparmaq, sərhəddən, gömrükdən keçirmək olar, amma 1 milyon 200 min barel xam neft üçün gərək “Palmalı” şirkətinin nə qədər tankerini kirayəyə götürəsən, onlar da sutkalarla açıq dənizdə olalar, bu limandan o limana mil-mil yol gedələr.
Budur, bax, Gürcüstan hökuməti bizim milli narkomafiyamıza düz 120 milyon avroluq ziyan vurub, 2 ton 790 kq maye heroinimizi tutub və üç ölkə (Azərbaycan, Gürcüstan, Türkiyə) arasında qalmaqal yaranıb.
Hazırda o boyda sərvət qalıb ortalıqda, yiyə duran yoxdur. Bu mal hardan gəlib Gürcüstana düşüb, heç kəs boynuna almır. Sərhədçilər deyir, xəbərimiz yoxdur, MTN-çilər deyir, gömrükçülərdən soruşun, gömrükçülər ümumiyyətlə heç nə demirlər. Sanasan, 3 ton heroini Gürcüstana paraşütlə atıblar və ona görə dövlət qurumlarının bundan xəbəri olmayıb.
Mat qalmalı işdir. Bax, o vaxt BMT-nin işçiləri, ABŞ Dövlət Departamentinin əməkdaşları hesabat hazırlayaraq ölkəmizin adını narkotik maddələrin tranzitinə baxan ölkələrin siyahısına salanda xətrimizə dəymişdi. YAP-ın sözçüləri deyirdilər, bu, böhtandır, qarayaxmadır, narkotik maddələri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər hazırlayır, BMT və ABŞ gəlsin, bundan danışsın.
Kim bilir, bəlkə Gürcüstanda tutulmuş 3 tonluq mal da elə ermənilərin əməyinin məhsuludur, onlar qəsdən 2790 kq heroini gətirib bizim sərhəddən, gömrükdən keçirdiblər ki, ölkəmizin adına minus gəlsin. Vay sizi, yaramazlar, məkrli düşmənlər!
İndi gəl beynəlxalq miqyaslı hesabatların qabağında dayan. Hərəsi bir paraqraf söz yazacaq, erməni dəyirmanına su tökəcəklər. Onlar belə prinsipialdırlar, gəlsinlər Qarabağda becərilən çətənə plantasiyalarını, heroin istehsal edən gizli laboratoriyaları aşkar etsinlər, daha bizim şərəfəli, namuslu gömrükçülərimizə şər atmasınlar. Bizim gömrükdən heç bir qanunsuz material o tərəfə-bu tərəfə keçə bilməz. Camaat çantasında 10 kilo banan, iki telefon keçirə bilmir, 3 ton heroini necə keçirmək olar... (Allah qoymasa, bu, ritorik sualdır).
Gerisini bilmirəm, necə olacaq, amma yekə qalmaqaldır. O vaxt ABŞ iki müstəqil ölkəni belə şeylərə görə işğal edib, hökumətlərini dəyişdirdi. O ölkələrdən biri Qrenadaydı, biri də Panama.
Heç demə, hər gün bu ölkələrdən ABŞ-a narkotik maddələr daşınırmış. ABŞ hökuməti bu ölkələrin hökumətlərinə çox deyib, etməyin, eləməyin, narkotik maddələrin tranzitinə qarşı mübarizə aparın, onlar da “okey, okey” desələr də, yankiləri key yerinə qoymaqda davam ediblər. Sonradan ABŞ kəşfiyyatı araşdırıb öyrənib ki, narkotik istehsalına və tranzitinə birbaşa Panamanın rəhbəri Manuel Noryeqa baxır. Ona görə də bir gün ABŞ-ın bir dəstə hərbçisi Panamaya girdi və iki şilləyə hökuməti devirərək, Noryeqanı həbsə alıb mühakimə etdi.
İndi öyrənmək lazımdır ki, bu qədər sərvət kimin imiş və o “nemət”in taleyi necə olacaq.
Yerli narkomanlar narahat olmasın, güman ki, o “nemət” əvvəlcə 3 ton olub, tutulmayan 210 litr heroin daxili istehlaka yönəldilib.
16.07.2014, 05:43
528 baxış
Samir Sarı
“Halal nemət”, böyük sərvət