Medianews.az
Bakının mərkəzində biabırçı sorğu – VİDEO
2,394 baxış

Bakının mərkəzində biabırçı sorğu – VİDEO

sorgu biabrci Şəhər sakinlərinin çoxu işğal olunmuş rayonlarımızı sadalaya bilmir və gülməyə başlayırlar. “Azadlıq Radiosu” Bakı sakinləri arasında sorğu keçirib. Sorğu zamanı vətəndaşlara üç sual – “Atəşkəs” deyiləndə nə başa düşürsünüz? Azərbaycanın hansı rayonları işğal edilib? Hansı Milli Qəhrəmanları tanıyırsınız? sualları ünvanlanıb: İlk növbədə “Atəşkəs” deyiləndə nə başa düşürsünüz? sualına cavab verən respondentlərin əksəriyyəti deyir ki, “Atəşkəs” elə sözdə olaraq qalır, gündən-günə cəbhədə bu rejim pozulur və şəhidlərin sayı çoxalır. Vətəndaşlardan biri bildirir ki, atəşkəs rejimi normal bir haldır. Bu, iki dövlətin arasında olan şəxsi problemdir. Daha sonra sorğuda iştirak edənlərə Azərbaycanın hansı rayonları işğal edilib? sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin əksəriyyəti işğal olunmuş rayonlarımızın hamısını sadalaya bilmir və aralarında elə eqzempelyar tapılır ki, hansı ki işğal olunmuş iki rayonun adını çəkir və daha sonra başlayır gülməyə ki, bunları bilmir. Sonuncu sual – Hansı Milli Qəhrəmanları tanıyırsınız? sualına respondentlərin hamısı heç olmasa bir Milli Qəhrəmanın adını çəkir. Onlar daha çox Milli Qəhrəman Çingiz Mustafayev, Mübariz İbrahimov, Əlif Hacıyev və Salatın Əsgərovanın adını çəkirlər. Qeyd edək ki, Azərbaycanda 211 vətəndaş Milli Qəhrəman adına layiq görülüb və onların tam siyahısı ilə burada tanış ola bilərsiniz: http://www.milliqahraman.az/milli_qehremanlar/. Öz növbəmizdə biz, Azərbaycanın işğal olunmuş əzəli torpaqlarının adları və işğal tarixlərini təqdim edirik: Oxu.az Ağdam. İşğal olunub – 1993-cü il 23 iyul Cəbrayıl. İşğal olunub – 1993-cü il 23 avqust Füzuli. İşğal olunub – 1993-cü il 23 avqust Kəlbəcər. İşğal olunub – 1993-cü il 2 aprel Qubadlı. İşğal olunub – 1993-cü il 31 avqust Laçın. İşğal olunub – 1992-ci il 18 may Şuşa. İşğal olunub – 1992-ci il 8 may Xocalı. İşğal olunub – 1992-ci il 26 fevral Zəngilan. İşğal olunub – 1993-cü il 29 oktyabr Xocavənd. İşğal olunub – 1992-ci il 10 oktyabr Ağdərə. İşğal olunub – 1993-cü il 17 iyun Xankəndi. İşğal olunub – 1991-ci il 25-26 dekabr

Bizə qoşulun