TIR-ın vurması nəticəsində 25 yaşlı fitnes məşqçisi İrem Karatutlu, hər iki ayağını diz altından itirdi.
Medianews.az yerli mediaya istinadən xəbər ki, hadisə Qaziantepin Nurdağı rayonunda baş verib.
Bir uşaq anası olan Karatutlu, 3 həftəlik müalicədən sonra evə buraxılıb.
Qəzanın təfarüatları:
İrem və Kadir Karatutlu cütlüyü evliliklərinin birinci ildönümünü qeyd etmək üçün 26 iyul 2025-ci ildə Osmaniyedə keçirilən motosiklet festivalına yollanıblar. Geri dönərkən motosikletləri xarab olub və onlar yolda saxlayıb problemi aradan qaldırmağa çalışıblar. Yardım üçün bir evakuator gəldiyi anda, sürücüsünün idarəetməni itirdiyi bir TIR yolda dayanan maşınları və insanları vuraraq İrem Karatutlunu və keçmiş baro sədri Mehmet Karaaslanı əzib.
TIR İrem Karatutlunu təxminən 600 metr sürüyüb. Gözlərini açanda ayaqlarının TIR-ın altında qaldığını görüb. 3 həftə ərzində 4 fərqli xəstəxanada müalicə alıb.
İrem, artıq həyatına protezlərlə davam edəcəyini, lakin fitnes fəaliyyətlərindən tam vaz keçmək istəmədiyini bildirib.
Medianews.az