Medianews.az
Bu ölkədə növbədənkənar parlament seçkiləri
62 baxış

Bu ölkədə növbədənkənar parlament seçkiləri elan olundu

Bolqarıstanda yeni hökumətin formalaşdırılması üçün edilən bütün cəhdlər uğursuzluğa düçar olduğundan, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Trend bu haqda xarici KİV-ə istinadən xəbər verir.

“Biz seçkilərə gedəcəyik”, - deyə ölkə Prezidenti Rumen Radev bəyan edib.

Bundan əvvəl “Hüquq və Azadlıq naminə Alyans” (HAA) koalisiyası yeni hökümətin qurulması üçün prezidentə mandatı qaytarmışdı.

Bu həftə prezident əvvəlcə “Dəyişiklikləri davam etdirək” – “Demokratik Bolqarıstan” (PP-DB) koalisiyasına, daha sonra isə “Bolqarıstanın Avropa inkişafı naminə vətəndaşlar” – “Demokratik qüvvələr ittifaqı” (GERB-SDS) koalisiyasına mandat təqdim edib. Hər iki koalisiya hökumət formalaşdırmaqdan imtina edib.

Yanvarın 16-da “Hüquq və azadlıqlar uğrunda alyans” (APS) koalisiyası hökumətin formalaşdırılması üçün verilmiş mandatı prezidentə geri qaytarıb.

Bolqarıstan qanunvericiliyinə əsasən, hökumət qurmaq üçün üç uğursuz cəhddən sonra prezident parlament qrupları ilə məsləhətləşmələr aparmalı, müvəqqəti hökumət təyin olunmalı və bundan sonra seçkilərin tarixini elan etməlidir.

Bizə qoşulun