Medianews.az
Bu avtomobilləri alan tapılmır –
67 baxış

Bu avtomobilləri alan tapılmır – Hamısı salonlarda QALIB

Avtomobil bazarında durğunluqdur. Söhbət Çindən gətirilən yeni avtomobillərdən gedir.

Məlumdur ki, 1 yanvar 2026-cı il tarixdən elektrik və hibrid avtomobillərinə yenidən ƏDV tətbiq edilməyə başlandı.

Medianews.az xəbər verir ki, güzəştin ləğv ediləcəyi barədə məlumatın dövriyyəyə buraxılmasından sonra - ötən ilin oktyabr-noyabr aylarında ölkəmizə çox sayda elektrik və hibrid avtomobillər gətirildi.

İşbazlar planlaşdırırdı ki, 2026-cı ilin yanvar-fevral aylarında həmin avtomobilləri bazara çıxardaraq daha çox gəlir əldə edə bilərlər. Hazırda mart ayıdır. Amma 4-5 ay əvvəl gətirilən avtomobillərin çoxu hələ də salonlarda müştəri gözləyir.

Mövzu ilə bağlı Bizim.Media ilə danışan avtosalon sahibi Eldar Yusifov alıcı tapa bilmədiklərini deyib:

“Ötən il gətirdiyimiz avtomobillər əsasən 2024 və 2025-ci il modelləridir. Ötən il həmin avtomobillərə maraq böyük idi. Xüsusilə də BYD modellərinə... Lakin indi həm bu, həm də digər modellərə maraq azalıb.

Ən pisi də odur ki, ötən il gətirilən avtomobillər artıq köhnə maşın hesab edilir. Bu da qiymətə əlavə təsir edir. Marağın az olmasının səbəbi bu avtomobillərə servisin yüksək səviyyədə olmaması və ehtiyat hissələrinin çətin tapılmasıdır.

Digər tərəfdən imkanı olanlar ən son model və ili yeni olan avtomobillər almaq istəyir. Ona görə də ötən ildən gətirilən avtomobillərə maraq demək olar ki, yox dərəcəsindədir. Hətta maya dəyərinə təklif etsək belə baxan yoxdur”.

Bizə qoşulun