Medianews.az
”Bavariya” Almaniya
65 baxış

”Bavariya” Almaniya çempionu oldu

Almaniyanın "Bavariya" futbol klubu tarixində 35-ci dəfə Bundesliqanın qalibi olub.

Medianews.az xəbər verir ki, çempionatın 30-cu turunda münhenlilər "Ştutqart"ı qəbul ediblər.

Görüşdə 4:2 hesabı ilə qalib gələn "Bavariya" turnirin sonuna dörd tur qalmış ən yaxın rəqibi "Borussiya Dortmund"la xal fərqini 15-ə çatdırıb.

Hazırda "Bavariya" 79 xalla turnir cədvəlinin lideridir.(Manset.az)

Bizə qoşulun