Balqabaq yuxusuzluqla mübarizədə yaxşı effektə malikdir.
Medianews.az xəbər verir ki, bu barədə diyetoloq Helen Conston danışıb.
O qeyd edib ki, balqabağın tərkibində maqnezium var, bu, rahatlamağa kömək edir, stressi azaldır və yuxu hormonu melatoninin istehsalında iştirak edir. Lakin Conston, yuxusuzluqdan əziyyət çəkənlər üçün ən qiymətli qidanı balqabaq tumlarını hesab edir.
"Onların tərkibində orqanizmin serotoninə, sonra isə melatoninə çevrildiyi bir amin turşusu olan triptofan var. Hər iki hormon əhval-ruhiyyəni və yuxu dövrünü tənzimləyir", - diyetoloq bildirib. Bundan başqa ekspert qeyd edib ki, balqabaq toxumlarında triptofanın təsirini gücləndirən maqnezium da var.
Mütəxəssis vurğulayıb ki, balqabağın və onun toxumlarının yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün faydaları sübuta yetirilməyib. Bununla belə, o qeyd edib ki, dünya üzrə çoxlu sayda xəstə üzərində aparılan tədqiqatlar müsbət effekti təsdiqləyir.
Medianews.az