Medianews.az
Bu vərdiş infarkt, insult və xərçəngə səbəb
69 baxış

Bu vərdiş infarkt, insult və xərçəngə səbəb OLA BİLƏR

Yeməklərə çox duz tökmək vərdişi ölüm də daxil olmaqla ciddi xəstəliklərə səbəb ola bilər.  

Medianews.az xəbər veir ki, bu barədə Daily Mail nəşri yazır.

Qeyd olunduğu kimi, orqanizmdə duzun artıq olması qanda suyun tutulmasına səbəb olur və təzyiqi artırır. Bu, bədənə mənfi təsir göstərir - bu ümumi görünən vərdiş insult və ya infarkt riskini, həmçinin osteoporoz və hətta mədə xərçəngi riskini artırır.

Nəşrin jurnalistləri qeyd ediblər ki, ekspertlər gündə altı qrama qədər duz qəbul etməyi məsləhət görür. Tədqiqatlar göstərir ki, böyüklər bu miqdardan 40 faiz çox - gündə təxminən 8,4 qram istehlak edirlər. Duz qəbulunu azaltmaq üçün yeməklərə ədviyyatlar əlavə edin və pomidor, göbələk, fermentləşdirilmiş qidalar və digər ləzzətli maddələr əlavə etməyi unutmayın.

Medianews.az

 

Bizə qoşulun