Medianews.az
Balaxanıda 1 ayda 65 nəfəri
81 baxış

Balaxanıda 1 ayda 65 nəfəri it dişləyib

“Balaxanıda 11 saylı mərkəzi poliklinikaya bir ay ərzində sahibsiz it dişləməsi ilə bağlı 65 müraciət daxil olub, lakin vətəndaşlar bələdiyyələrə üz tutsalar da, bu problemin həlli bələdiyyələrin səlahiyyətlərinə daxil deyil”​. 

Medianews.az anews.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Regional məsələlər komitəsində çıxışı zamanı deyib. 

O bildirib ki, Sabunçu rayonu üzrə fəaliyyət göstərən 4 bələdiyyə ilə mütəmadi əlaqə saxlayır və onların üzləşdiyi sistemli problemlərdən xəbərdardır:

“Balaxanı bələdiyyəsi xəritələrin olmaması səbəbindən ciddi çətinliklər yaşayır. Əraziyə aid evlərə müraciət əsasında, “Zabrat qaydası”nda ünvanlar verilir, lakin rəsmi xəritələrin mövcud olmaması idarəetmədə problemlər yaradır. Sənədsiz evlər, məhəllədaxili yolların vəziyyəti, küçələrin işıqlandırılması və sahibsiz itlər bələdiyyələrin əsas problemləri sırasındadır”.

Deputat həmçinin bildirib ki, bələdiyyələr yaradılarkən əsasən “torpaq satan orqan” kimi təqdim olunub, bu yanaşma isə bu gün onların real dəstək və icra imkanlarının məhdudlaşmasına, funksional çətinliklərin dərinləşməsinə səbəb olub.

Bizə qoşulun