Medianews.az
Bakıda məşhur restoranlar şəbəkəsi
78 baxış

Bakıda məşhur restoranlar şəbəkəsi BAĞLANDI

Bakıda fəaliyyət göstərən “Pak Dad” restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.

Medianews.az “Yeni Sabah”a istinadla xəbər verir ki, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo (“Əhmədli” metrostansiyası), M.Qardaşları (“Torqovı”), A.M Şərifzadə küçələri, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.

Restoranların daxil olduğu “Pakdad 2008” MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil.

MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.

Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, (“Hacıqabul Quşçuluq” MMC və “Coffee Service” MMC) özünü ləğv etdiyini açıqlayıb.

Bizə qoşulun