Medianews.az
“Qızıl top” sahiblərinin TAM SİYAHISI
1,399 baxış

“Qızıl top” sahiblərinin TAM SİYAHISI

Fransanın “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatını almış futbolçuların siyahısı yenilənib.

Medianews.az xəbər verir ki, Lionel Messi (Argentina) bu mükafatı 8 dəfə, Kriştiano Ronaldo (Portuqaliya) 5 dəfə alıb.

Yohan Kroyf (Niderland), Mişel Platini (Fransa), Marko van Basten (Niderland) hər biri 3 dəfə “Qızıl top”a yiyələnib.

2 dəfə “Qızıl top” alan futbolçular: Alfredo Di Stefano (İspaniya), Frans Bekkenbauer (Almaniya), Kevin Kiqan (İngiltərə), Karl-Haynts Rummenigge (Almaniya), Ronaldo (Braziliya).

1 dəfə “Qızıl top” alanlar: Stenli Metyuz (İngiltərə), Raymond Kopa (Fransa), Luis Suares Miramontes (İspaniya), Omar Sivori (İtaliya), Yozef Masopust (Çexoslovakiya), Lev Yaşin (SSRİ), Denis Lou (Şotlandiya), Eysebio (Portuqaliya), Bobbi Çarlton (İngiltərə), Florian Albert (Macarıstan), Corc Best (Şimali İrlandiya), Canni Rivera (İtaliya), Gerd Müller (Almaniya), Oleq Bloxin (SSRİ), Alen Simonsen (Danimarka), Paolo Rossi (İtaliya), İqor Belanov (SSRİ), Ruud Qullit (Niderland), Lotar Matteus (Almaniya), Jan-Pyer Papen (Fransa), Roberto Bacco (İtaliya), Xristo Stoiçkov (Bolqarıstan), Corc Vea (Liberiya), Mattias Zammer (Almaniya), Zinəddin Zidan (Fransa), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Maykl Ouen (İngiltərə), Pavel Nedved (Çexiya), Andrey Şevçenko (Ukrayna), Ronaldinyo (Braziliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Luka Modriç (Xorvatiya), Kərim Benzema (Fransa), Rodri (Rodriqo Ernandes) (İspaniya), Usman Dembele (Fransa).

1956-1994-cü illərdə mükafatla Avropada oynayan yerli futbolçu təltif olunub, 1995-ci ildən avropalı olmayan futbolçunu da təltif etmək imkanı yaradılıb, 2007-ci ildən mükafat dünyanın ən yaxşı futbolçusuna verilir.

Hazırda təltif FİFA reytinqində ilk 100 yeri tutan ölkələrin hərəsindən bir jurnalistin cəlb olunduğu sorğunun nəticələrinə əsaslanır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun