Medianews.az
Gözəllik yarışmasında SKANDAL: Hamısı zalı tərk etdi -
82 baxış

Gözəllik yarışmasında SKANDAL: Hamısı zalı tərk etdi - VİDEO

Taylandda keçirilən “Kainat Gözəli” (Miss Universe) beynəlxalq gözəllik müsabiqəsində böyük qalmaqal yaşanıb.

Medianews.az xəbər verir ki, yarışmanın təşkilat komitəsinin Tayland nümayəndəsi Navat İtsaragrisil, onlarla iştirakçının gözü qarşısında “Miss Meksika” Fatima Boşu sərt şəkildə danlayıb.

Hadisə zamanı İtsaragrisil, Boşun müsabiqəyə aid reklam məzmunlarını paylaşmadığını bildirərək onu açıq şəkildə tənqid edib. Gərgin anlar sosial mediada canlı yayımla ictimaiyyətə çatdırılıb və qısa müddədə geniş rezonans doğurub.

Fatima Boş İtsaragrisilin davranışına etiraz əlaməti olaraq zalı tərk edib. Onu dəstəkləyən bir neçə digər iştirakçı da eyni addımı atıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi iştirakçıların “Bu, qadın hüquqlarına ziddir!” deyə səsləndikləri görünür.

Meksikanı təmsil edən Fatima Boş hadisə sonrası mətbuata açıqlama verib: “Mənə hörmətsizlik göstərildi, amma qorxmadım. Mən bu müsabiqəyə qadınların səsini duyurmaq üçün gəlmişəm”.

Medianews.az

Bizə qoşulun