Medianews.az
Bu içkilər saç tökülməsinə
707 baxış

Bu içkilər saç tökülməsinə səbəb ola bilər

Saç tökülməsi bir çox insan, xüsusilə də kişilər üçün ciddi problemə çevrilib. Saç baxım məhsulları nə qədər təsirli olsa da, düzgün qidalanma sağlam və gur saçların əsas açarı hesab olunur.

Medianews.az xəbər ki, portuqaliyalı alimlərin “Nutrition and Health” jurnalında dərc olunan araşdırmasına görə, xüsusilə şəkərli və qazlı içkilər – o cümlədən enerji içkiləri – saçın sıxlığına, qalınlığına və parlaqlığına mənfi təsir göstərir.

Araşdırma göstərib ki, bu cür içkilərin həftədə 3,5 litrdən çox (təxminən 11 banka) istehlakı kişilərdə saç tökülməsi riskini artırır.

Bu içkilər birbaşa saç tökülməsinə səbəb olmasa da, tərkibindəki yüksək şəkər və kafein bədəndə stress hormonu olan kortizolun səviyyəsini yüksəldir. Nəticədə qan dövranı pozulur və saç kökləri zəifləyir.

Eyni zamanda mütəxəssislər bildirir ki, D vitamini saç sağlamlığında önəmli rol oynayır. Bu vitamin həm genetik mənşəli saç tökülməsi (androgenetik alopesiya), həm də immun sistemin saç köklərinə hücum etdiyi alopesi areata hallarının qarşısını almağa kömək edə bilər.

Bundan başqa, zülal və dəmir çatışmazlığı da saçın incəlməsinə və rənginin solmasına səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun