Medianews.az
Bu 5 qidanı uşaqlara vermək
94 baxış

Bu 5 qidanı uşaqlara vermək OLMAZ!

Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi üçün bəzi qidalar onlara ciddi zərər verə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər valideynləri aşağıdakı 5 məhsulu uşaqlardan uzaq tutmağa çağırır:

1. Qazlı içkilər
Qazlı içkilər tərkibindəki yüksək şəkər və turşu səbəbindən diş minasına və mədəyə zərər verir. Həmçinin artıq çəki və diqqət pozğunluğuna səbəb ola bilər.

2. Kolbasa və sosislər
Emal olunmuş ət məhsulları çoxlu miqdarda duz, yağ və konservant ehtiva edir. Bu maddələr uşaqlarda böyrək və mədə problemlərinə yol aça bilər.

3. Cips və hazır qəlyanaltılar
Bu qidalar trans yağlar və duz baxımından zəngindir. Müntəzəm istifadə ürək-damar xəstəliklərinin erkən yaşda yaranma riskini artırır.

4. Şirniyyat və tortlar
Süni rəngləndiricilər və aromalarla dolu bu məhsullar uşaqlarda allergik reaksiyalara, həmçinin hiperaktivliyə səbəb ola bilər.

5. Enerji içkiləri
Kofein və digər stimulyatorlar uşaqlar üçün son dərəcə təhlükəlidir. Onlar ürək döyüntüsünün artmasına və yuxu pozğunluqlarına gətirib çıxara bilər.

Bizə qoşulun