Azərbaycanın Maliyyə Nazirliyi dövlət borcu hesabatı yayıb. Açıqlamaya görə, 2025-ci il oktyabrın 1-nə 25,4 milyard manata yaxın borc qeydə alınıb, bunun 32,8 faizi xarici borcun payına düşüb.
4 milyard 893,1 milyon ABŞ dolları məbləğində xarici borcun 50,7 faizinin uzağı 5 ilə, 43,9 faizinin uzağı 10 ilə, 5,4 faizinin 10 ildən yuxarı müddətdə qaytarılmalı olduğu bildirilir.
Borcun 85,3 faizi dollarla, 6,3 faizi avro ilə, 3,3 faizi yapon yeni ilə, qalan hissəsi başqa valyutalarla rəsmiləşib.
Medianews.az bildirir ki, Azərbaycanın xarici borcu 2011-ci ilə 3 milyard 857,3 milyon dollar, 2012-ci ilə 4 milyard 816,7 milyon dollar, 2013-cü ilə 5 milyard 708,4 milyon dollar, 2014-cü ilə 6 milyard 58,9 milyon dollar, 2015-ci ilə 6 milyard 478,2 milyon dollar, 2016-cı ilə 6 milyard 894,3 milyon dollar, 2017-ci ilə 6 milyard 913,2 milyon dollar, 2018-ci ilə 9 milyard 398,3 milyon dollar, 2019-cu ilə 8 milyard 927 milyon dollar, 2020-ci ilə 8 milyard 320 milyon dollar, 2021-ci ilə 8 milyard 100,4 milyon dollar, 2022-ci ilə 7 milyard 393,4 milyon dollar, 2023-cü ilə 6 milyard 693,2 milyon dollar, 2024-cü ilə 6 milyard 461,2 milyon dollar, 2025-ci ilə 5 milyard 129,7 milyon dollar göstərilib.
Toğrul Əli,
Medianews.az