Medianews.az
Azərbaycanda bankların neçə milyard aktivi və neçə milyard öhdəliyi var?
763 baxış

Azərbaycanda bankların neçə milyard aktivi və neçə milyard öhdəliyi var?

2025-ci il oktyabrın 1-nə Azərbaycanda 29,2 milyard manatdan çox kredit, 15,7 milyard manatdan çox əmanət rəsmiləşib.

Medianews.az bildirir ki, kreditlərin 22,2 milyard manatı, əmanətlərin 13,9 milyard manatı paytaxt Bakının payına düşüb.

Mərkəzi Bankın hesabatına görə, 22 bankın cəmi aktivləri 56,1 milyard manatı, cəmi öhdəlikləri 48,9 milyard manatı ötüb.

Statistik bülletendə ödəniş vaxtı keçmiş kreditlər 528,1 milyon manat göstərilib. 2025-ci il 449,1 milyon manat problemli kreditlə başlamışdı.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun