21.05.2025, 08:31
192 baxış
Azad
Xarici İşlər Nazirliyi səfirliyimizə hücum etmiş şəxsin edam olunduğunu təsdiqlədi - EKSKLÜZİV
Azərbaycanın Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyimizə silahlı basqın etmiş şəxslə bağlı edam hökmünün icra olunduğu xəbərini təsdiqləyib.
Nazirliyin sözçüsü Ayxan Hacızadə Medianews.az-a açıqlamasında deyib ki, səfirliyimizə hücum etmiş şəxsin mayın 21-i səhər tezdən edam olunması haqda xəbər doğrudur.