Medianews.az
Biləsuvarda internet modeminin alışması <span style=color:red>evi külə döndərib - FOTO
105 baxış

Biləsuvarda internet modeminin alışması evi külə döndərib - FOTO

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb. Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun