23.02.2025, 07:14
142 baxış
Nailə
Ağsuda "Land Rover" dərəyə aşdı
Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.
Fövqəladə Hallar Nazirliyindən Medianews.az-a verilən xəbərə görə, Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.