16.12.2024, 16:36
232 baxış
TURAN
Vətən müharibəsi qazisi öldü - VİDEO + YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub.
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb.
"Niva" markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və bir sıra medallarla təltif olunmuşdu.
[video width="360" height="360" mp4="//cdn.medianews.az/2024/12/9123879969610809600.mp4"][/video]