Medianews.az
Paşinyan COP-29-da iştirak edəcək?
137 baxış

Paşinyan COP-29-da iştirak edəcək?

Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı hələlik qərar yoxdur. Medianews.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Müzakirə edib başa düşməliyik ki, niyə gedirik, bu, Ermənistana nə verəcək və hansı səviyyədə iştirak edə bilərik. Müzakirə edəcəyik, dövlətimizə lazım olub-olmadığını anlayacağıq, lazım olmasa, getməyəcəyik”, - o deyib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan COP29-da iştirak üçün Bakıya dəvət olunub. Ayşən 

Bizə qoşulun