12.08.2024, 11:31
59 baxış
Lamiyə
Yüz yaşlı qadın uzunömürlülüyün sirrini AÇIQLADI
Yaşlı qadın 100 yaşa qədər yaşamaq üçün özünü yormamağı məsləhət görüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Amerikanın Texas ştatından olan bir qadın yüzilliyini qeyd edib və bu yaşa qədər necə yaşadığını söyləyib.
Genevieve Najera-nın doğum gününə onun dostları və dörd nəsil qohumları toplaşıb. 100 yaşı tamam olan yüzillik yubileyini tiara və mirvari muncuqlarla qeyd edib.
Qadın uzunömürlülüyünün sirrini həvəslə açıqlayıb. Onun fikrincə, rahat davranmaq və taleyini Allaha etibar etmək lazımdır. "Gün ərzində yatmayın…Mən hər şeyi yeyirəm və hər şeyi içirəm. İndi mənə bir pivə verin, içərəm!”, - deyə qadın bildirib.
Medianews.az