Medianews.az
Yeni il gecəsinin əsas rəngi
61 baxış

Yeni il gecəsinin əsas rəngi

 Medianews.az   Rusiya mətbuatına istinadla bildirir ki, Yeni il gecəsinin əsas rəngini məşhur moda tarixçisi və teleaparıcı Aleksandr Vasilyev belə şərh edib: 

"2023-cü ilin əsas rəngi tünd qırmızıdır".

"Vücudunuzun  daha da  gözəl  görünməyini istiyirsizsə  sıx bahalı parçadan hazırlanmış məxmər paltar seçin"- deyə moda tarixçisi tövsiyə edib.

Sarışınlar və mavi gözlülər üçün  mavi, qırmızı saçlılar üçün  isə zümrüd  rəngi  seçməyi tövsiyə edib. 

Nəcib ağ rəng lüks bir toxunuşla  göz qamaşdıracaq, amma əsas odur ki, onu digər rənglərlə   düzgün birləşdirəsən, televiziya aparıcısı vurğulayıb:

"Parlaq rəngləri sevirsinizsə, qırmızı, mavi və bənövşəyi rəngləri keçin. İli sülh içində qarşılamaq istəyənlər üçün açıq boz və çəhrayı çalarlar uyğun gəlir.  Yeni il  üçün seçim  həm də  qara rəng  olacaq".

Bundan əvvəl moda tarixçisi Vasilyev ikinci əl mağazaların müsbət tərəflərini sadalamışdır.

Mehin Mehmanqızı

Medianews.az

Bizə qoşulun