Medianews.az
Amerikalı fizik cənnətin yerini tapdığını
106 baxış

Amerikalı fizik cənnətin yerini tapdığını iddia edib

Amerikalı fizik və Harvard Universitetinin keçmiş professoru Maykl Gillen Müqəddəs Kitabda yazan cənnətin yerini tapdığını açıqlayıb.

Medianews.az bu barədə Bakıvaxtı.az-a istinadən xəbər verir. 

Alim cənnətin kosmik üfüqdən kənarda olduğuna dair fərziyyə irəli sürüb. Onun fikrincə, zaman müşahidə edilə bilən kainatın xaricində sabitdir. O, orada keçmiş, indiki və gələcək məhfumlarının olmadığına inanır. Gillen qeyd edib ki, bu fenomen Müqəddəs Kitabda təsvir edilən cənnətə uyğundur.

Lakin əksər astronomların fikri fərqlidir. Onlar iddia edirlər ki, müşahidə edilə bilən kainatın xaricində işıq sürətinin məhdud olması səbəbindən görə bilmədiyimiz başqa kainat var.

Qeyd edək ki, daha əvvəl komadan ayılan 72 yaşlı amerikalı neyrocərrah Eben Aleksandr bacısı ilə axirətdə görüşdüyünü açıqlamışdı. Aleksandr koma zamanı şüurunun başqa bir dünyaya daşındığını və oranın cənnət olduğunu söyləmişdi. 

Bizə qoşulun