Rusiyanın Ali Məhkəməsi 17 il həbs cəzası almış Azərbaycan vətəndaşıOrxan Zeynalovun işinə baxacaq.
Milli.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Orxan Zeynalovun müdafiəsi ittihamı dayandırmağı və cinayət işinə xitam verilməsini tələb edir.
Qeyd edək ki, Orxan Zeynalov ötən il Moskvanın Biryulyovo rayonunda Moskva sakinini qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alıb.
İstintaq materiallarında qeyd olunub ki, 2013-cü il oktyabrın 10-da Orxan Zeynalov Yeqor Şerbakov adlı Moskva sakini ilə dalaşan zaman bıçaqla onu vurub. İstintaq prosesində o özünü müdafiə etdiyini bildirib. Sonradan isə ittihamları rədd edib.
Qətl hadisəsi Moskvanın Qərbi Biryulyovo rayonunda kütləvi aksiyaya səbəb olub. Rayon sakinləri miqrantların çalışdıqları bazanın bağlanmasını tələb ediblər. Hadisələr zamanı 400 nəfər saxlanılıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.