Fransa prezidenti Emmanuel Makronun parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı bəyanatı onun İntibah partiyasının qəzəbinə səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Fransanın baş naziri Qabriel Attal və Milli Assambleyanın sədri Yael Bron-Pivet Makronun hərəkətləri ilə razılaşmayıblar.
“Makron qərarını elan edəndə sıralarımız tərəfindən şok və qəzəblə qarşılandı”,- İntibah Partiyasından olan deputat Kristof Marion deyib.
Qeyd edək ki, Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini bildirib.
Ayşən