NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, rəsmi Vaşinqtonun Ukrayna və NATO-ya dəstəyinin qalacağına əminliyini ifadə edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, baş katib öz etimadını ABŞ-da Ukraynaya güclü ikitərəfli dəstəyin olması ilə izah edib.
“Kim prezident seçilsə, Birləşmiş Ştatlar NATO-nun güclü müttəfiqi olaraq qalacaq”, – Stoltenberq bildirib.
Medianews.az