Şimali Koreya Yapon dənizinə doğru iki ballistik raket atıb.
Medianews.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi tərəfindən bildirilib ki, biri qısa mənzilli ballistik raket, digəri isə naməlum ballistik raketdir.
Komitə qeyd edib ki, birinci raket təxminən 600 kilometr, ikincisi isə təxminən 120 kilometr uçub.
“Buraxılış Pxenyanın ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimlərinə əks tədbirlərlə bağlı xəbərdarlığından sonra edilib”,- nəşr vurğulayıb.
Ayşən