Hindistanda gənc oğlan toyuna hazırlaşan keçmiş sevgilisini gözəllik salonunda öldürüb.
Medianews.az xəbər verir ki, bu barədə “News9Live” nəşri məlumat yayıb.
Məlumata görə, Uttar Pradeş ştatının Chansi şəhərindən olan 22 yaşlı Kajal Ahirvar toy günü makiyajını etmək üçün gözəllik salonuna gedib.
Bir müddət sonra qızla əvvəllər romantik münasibətdə olan Dipak adlı silahlı gənc salona soxulub.
Kişi Ahirvarı xəyanətdə ittiham edərək, onun yanına gəlməsini tələb edib. Qız imtina edib. Daha sonra keçmiş sevgilisi dəhlizin qapısını döyərək bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ahirvar xəstəxanaya aparılsa da, həkimlər ona kömək edə bilməyiblər.
Məlumatda o da qeyd olunub ki, Dipak cinayəti qızın qohumlarının gözü qarşısında törədib. Müstəntiqlər müəyyən ediblər ki, Dipak və Ahirvar eyni kənddə böyüyüblər.
Hazırda polis həmin şəxsi axtarır.
Medianews.az