NATO-nun baş katibi Yens Stoltenberq Çini İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmaqda ittiham edib.
Medianews.az xəbər verir ki, onun sözlərini Yomiuri Shimbun qəzeti sitat gətirir.
“Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır”, – deyə o bildirib.
Stoltenberqin sözlərinə görə, Çin guya Rusiyanı PUA və raket istehsalında dəstəkləyir, onu texnologiya və elektronika ilə təmin edir. Bu baxımdan, NATO baş katibi hesab edir ki, alyans Pekinə təzyiq göstərmək üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığını gücləndirməlidir.
Bundan əvvəl Stoltenberq bildirib ki, Qərb Çinə Ukrayna münaqişəsində Rusiyanı dəstəklədiyinə görə “ödəniş” verməlidir. Stoltenberqin sözlərinə görə, Si Cinpinq “sanksiyalardan qaçmaq üçün bu münaqişədə arxa plana keçdiyi təəssüratı yaratmağa” çalışır.
NATO-nun baş katibi qeyd edib ki, əgər nə vaxtsa Pekin kursu dəyişməzsə, Qərb bunu “ödəməyə məcbur etməlidir”. O vurğulayıb ki, Çin üçün “nəticələr” olmalıdır.
Medianews.az