Xüsusilə qidalanma mövzusundakı açıqlamaları ilə gündəmdə olan Prof. Canan Karatay bu yaxınlarda verdiyi açıqlamada qozun faydalarını sadalayıb. Canan Karatayın bu açıqlamasını elm də təsdiqləyib.
Medianews.az bildirir ki, Canan Karatay açıqlamaları ilə gündəmə gəlməyə davam edir. Canan Karatay açıqlamasında çörək əvəzinə qoz yeməyi təklif edib.
Prof. Dr. Canan Karatay çörək yerinə qoz istehlak etməyi təklif edib. Qoz, fındıq, fıstıq və badamın tərkibində çoxlu sağlam yağlar var. Bu sağlam yağlar karbohidratlarla müqayisədə insulin səviyyəsini çox yüksəltmədiyi üçün ani aclıq böhranlarının da qarşısı alınır.
NTV-də bir məzmunda araşdırma nəticəsində ortaya çıxan qozun faydaları sıralanıb. Tərkibində 90-a yaxın qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir. Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır. Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir. Mütəxəssislər qozun bütün faydalarından yararlanmaq üçün gündə 5 ədəd qoz istehlak etməyin kifayət olduğunu bildirirlər. Tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər olan qoz fol turşusu, dəmir və kaliumla zəngindir.
Medianews.az