Rusiya və Ukrayna müharibəsi davam edərkən bölgədən gələn xəbərlərin də ard-arası kəsilmir.
Medianews.az xəbər verir ki, Xarkovdakı kəndlərdən birində rus əsgəri tapılıb.
Hadisə Xarkov vilayətinin Kupyansk-Vuzlovi kəndində baş verib. Milli Polis və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyatda Rusiya ordusunda 27-ci motoatıcı briqadada xidmət etdiyi bildirilən 42 yaşlı əsgər saxlanılıb.
Bildirilib ki, ifadəsi alınan rus əsgəri Ukraynanın Xarkov vilayətində nəzarəti bərpa etməsindən sonra kənddəki tərk edilmiş yaşayış məntəqələrində gizlənib.
Aytac Şahin
Medianews.az