Kamil polisə əl qaldırıb.
Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb.
İdmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.
Onun saxlanmasına səbəb yol polisi ilə mübahisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.
Beləliklə, Kamil Zeynalov polislə arasında yaşanan insident nəticəsində saxlanılıb.
Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.
Publika.az