Qeyd etdiyimiz kimi baş verən zəlzələ Suriyada böyük dağıntılara səbəb oldu. Minlərlə insan həlak oldu.
Suriyada uçan binanın dağıntıları altında dünyaya gələn körpə isə həyata tutunaraq sağ qalmağı bacardı.
Anası , atası, qardaşı isə vəfat etdi. İnsanlar körpəyə Aya yəni (möcüzə) adını verdilər.
Lakin dağıntılar altında dünyaya gələn Aya (möcüzə) körpə xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.
BBC-nin xəbərinə görə, Aya hazırda xəstəxanadadır.
Balaca körpəyə baxan pediatr Hani Maruf deyib:
“O, bazar ertəsi xəstəxanaya çox pis vəziyyətdə gətirilib, şişləri və göyərmələri var idi, üşüyürdü, nəfəs almaqda çətinlik çəkirdi”.
Körpənin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Ayanın xilasetmə görüntüləri sosial şəbəkədə geniş şəkildə izlənilib. Görüntülərdə bir kişinin toz basmış körpəni dağıntılar altından çıxarması əks olunub. Dağıntılar altında dünyaya gələn möcüzə körpə Aya üçün dünyadan müraciətlər gəlir.
Sosial şəbəkələrdə minlərlə insan körpəni necə övladlığa götürə biləcəklərini soruşub.
Bir nəfər “Onu övladlığa götürmək və ona yaxşı həyat bəxş etmək istəyirəm” deyərkən, Küveyt televiziyasının aparıcısı “ Mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram” deyib.
Xəstəxana müdiri Dr. Attiah Xalid bildirib ki, dünyanın hər yerindən Ayanı övladlığa götürmək istəyən insanlar onlara müraciət edirlər. Ayadan 4 ay böyük uşağı da olan və hazırda xəstəxanada olan Xalidin bildirib ki, heç kimin onu övladlığa götürməsinə icazə verməyəcəyəm:
“Uzaq qohumları qayıdana qədər ona öz övladım kimi baxacağam”.
Qeyd edək ki, Ayanın doğulduğu Cinderesdə insanlar hələ də dağıntılar altında öz yaxınlarını axtarırlar. Qəsəbədəki jurnalist Məhəmməd əl-Adnan BBC-yə deyib: “Vəziyyət fəlakətlidir. Dağıntılar altında çoxlu insan var”.
Medianews.az