Ukrayna ordusunun oktyabrın əvvəlində nəzarəti bərpa etdiyi Donetsk vilayətinin Liman şəhərində sağ qalmaq üçün mübarizə aparan dinc sakinlər indi soyuq hava ilə yanaşı, Rusiyanın hava hücumlarının da gətirdiyi çətinliklərlə üzləşirlər.
Medianews.az xəbər verir ki, gərgin qarşıdurmalar səbəbiylə başda dəmir yolu və enerji olmaqla bir çox evin və infrastrukturun dağıldığı şəhərə Rusiya hava hücumları davam edir.
Ukrayna ordusunun əks hücumu nəticəsində Rusiya güclərindən geri alınan şəhərdə təbii qaz və su xətləri hələ də istifadəyə verilməyib.
Yerli hökumət və təhlükəsizlik qüvvələri həyatı normal vəziyyətə salmaq üçün gərgin işlərə davam etsə də, şəhərdəki ağır dağıntılar səbəbindən limanda qalan mülki insanları sərt qış gözləyir.
Elektrik enerjisinin qismən verildiyi şəhərdə yaşayan insanlar hər gün paylanan yardımı almaq üçün növbəyə dururlar.
Müharibə başlayandan bəri mənzillərin altındakı sığınacaqlarda və anbarlarda olan dinc sakinlər intensiv hücumlardan sağ çıxa biliblər.
Limanın girişindəki məhəllədə ciddi ziyan dəymiş mənzildə yaşayanlar aylardır sığınacaqlarda həyat mübarizəsi aparırlar.
Medianews.az