Rusiyanın Primorsk diyarındakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü vəziyyətdə tapılıb.
BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaq qətl və intihar versiyasını nəzərdən keçirir.
Ölümün səbəbləri isə hələlik bəlli deyil.
Məlumatda deyilir ki, komissarın yaxınları onun səhhətində problem olmadığını bildiriblər.