Mali komandasının basketbol üzrə milli komandası dünya çempionatının qrup mərhələsinin dördüncü turu çərçivəsində Serbiya yığması ilə görüşüb. Məğlub olan malili basketbolçular oyundan sonra rəqib komanda ilə dava ediblər.
İdmançılar oyundan sonra miks-zonada serbiyalı oyunçunun müsahibəsi zamanı dava salıblar.
Afrika komandası Serbiyaya 68:81 hesabı ilə məğlub olublar. Mali yığması üçün bu ardıcıl 4-cü məğlubiyyətdir. Basketbolçular pley-off mərhələsinə çıxmaq şansını itiriblər.