Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yenidənqurma işlərinə 5 milyon manat sərf edilən tarixi Ortaköy məscidinin açılışında olması barədə xəbər vermişdik.
Açılış mərasimində baş nazirlə birgə Diyanət İşləri İdarəsinin (Dİİ) sədri Məhmət Görməz də iştirak edib.
Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, Görməz çıxışında məscidin həyətində yığılan vətəndaşlara “Gələcək rəqaib qəndiliniz mübarək olsun” deyib. Baş nazir Dİİ sədrinin səhvini düzəldib və xatırladıb ki, qarşıdan gələn bayram “bərat qəndili”dir. Görməz də səhvini düzəldərək “bərat qəndilinizi təbrik edirəm” deyib və çıxışına davam edib.