“Azərbaycan xarici siyasəti yeni siyasi nizama uyğun olaraq, yenidən qurulmalıdır”.
Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, demək olar ki, Avropanın təhlükəsizlik arxitekturası pozulub.
“Yeni dünya nizamı İkinci dünya müharibəsindən sonra yenidən qurulur. ABŞ və Avropa İttifaqı bir koalisiyada birləşib, bir qütblü dünya qurulacaq. Rusiyanın məğlubiyyəti qaçılmazdır.
BMT və digər beynəlxalq təşkilatların nizamnaməsində dəyişikliklərdə olacaq”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan avrointeqrasiya prosesini fəal aparmalıdır.
“Beynəlxalq siyasətdə böhranın davam etməsi, ölkəmizə də təsir edəcək və yeni siyasi konyukturada Ermənistanla sülh müqaviləsi bağlanacaq.
Sentyabrdan başlayaraq Rusiyanın çöküşü başa çatacaq və bununla Şərqi Avropada, Cənubi Qafqazda təhlükəsizlik təmin ediləcək”,-deyə siyasi şərhçi bildirib.
Leyla
Medianews.az