“Maşın” şounun növbəti buraxılışı yayınlanıb.
Musavat.com xəbər verir ki, səsverməyə Uran çıxıb, o, hədəfinin Pərvin Abiyeva olduğunu deyib. Pərvin isə Uranın fanatı olduğunu deyib və onun əksinə səs istəməyib. Sonda Uran qalib gəlib və hədəfini dəyişib. O, Aytəni uzaqlaşdırmaq istədiyini deyib.
Lakin Pərvin Abıyeva əlini maşından çəkərək gedib: “Susqunluğum xeyirə əlamət deyil. Mən burada üzlər açdım. Roza çox ağıllı, hiyləgər qadındır. Ona heyranam. Mən keçən dəfə özümü göstərə bilmədim. Bu dəfə insanlara mərd insan olduğumu göstərdim”.
Pərvindən sonra Uran A.Səfərovanın maşından əlini çəkməsini istəyib.
Beləliklə, artıq “Maşın” şouda 3 iştirakçı-müğənni Roza Zərgərli, reper Uran, vayner Hüseyn Əzizoğlu qalıb.