Dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə ilk oyununda zədələnən “Real”ın müdafiəçisi Daniel Karvaxalın durumuna aydınlıq gəlib.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, bud nahiyyəsindən xəsarət alan ispan futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Bu isə o deməkdir ki, müdafiəçi La Liqanın 35-ci turunda “Leganes” və Çempionlar Liqasında “Bavariya” ilə cavab oyununu buraxacaq.
Qeyd edək ki, “Real” – “Bavariya” oyunu mayın 1-də keçiriləcək. Münhendəki ilk görüşdə “kral klubu” rəqibini 2:1 hesabı ilə məğlub edib.