Müğənni İrem Derici bir il ərzində həddindən çox arıqlaması ilə gündəmə gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bütün gününü idman salonlarında keçirən müğənni 50 kiloqrama qədər arıqlayıb. Lakin bir az kilo atmaq istəyən İrəmə İnstaqram izləyiciləri əksinə düşünür. Onlar arasında, hətta, bir az kökəl deyənlər də var.
Hesabında idman salonlarından birindən şəklini paylaşan Derici yazıb:
“Burada mənə kökəl deyən ilk izləyiciyə yumruq vuracam və üznü, gözünü dağıdacam”.